
Rəngli Doppler müayinəsi
Rəngli Doppler nədir?
Rəngli Doppler aşağı ətrafların varikoz genişlənmiş damarlarının diaqnozunda qızıl standart sayılır. Metod ultrasəs dalğalarının qan axınından əks olunmasına əsaslanır. Rəngli Doppler damar divarının vəziyyətini və damar qapaqlarının necə işləməsini qiymətləndirməyə imkan verir. Bu üsulun köməyi ilə fleboloq aşağı ətrafların varikoz genişlənmiş damarlarını təyin edə bilər.
Rəngli Doppler müayinəsi kimlər üçün göstərişdir?
Aşağı ətraflarında varikoz genişlənmiş damarlardan şübhələnən bütün pasiyentlər üçün bu müayinə metodu göstəriş hesab olunur. Müayinənin nəticələrinə əsasən, varikoz genişlənmiş damarların diaqnozu təsdiqlənir və ya təkzib olunur.
Müayinə necə aparılır?
Varikoz genişlənmiş damarların bu tip müayinəsi həkim-fleboloqun otağında icra olunur. Pasiyent xüsusi dayaq üzərində həkimə tərəf dayanır. Həkim əvvəlcə damarların standart ultrasəs müayinəsini aparır. Ultrasəs sensora xüsusi bir gel (qoxusuz və hipoallergik) tətbiq edilir. Sonra ultrasəsin köməyi ilə həkim aşağı ətrafların varikoz genişlənmiş damarlarını araşdırır. Damarların diametrini, həmçinin qapaq aparatının funksiyasını qiymətləndirir. Damarların diametri artdıqda, həkim Rəngli Doppler istifadə edərək damarları araşdırmağa davam edir. Bunu etmək üçün həkim, araşdırılan nahiyənin altından damara qısa müddətli sıxılma edir. Beləcə reflyuks (əks qan axını) əldə edilir. Həkim, reflyuks vaxtını nəzərə alır. Əgər patoloji geri çəkilmə (qanın əks istiqamətdə axını) varsa, bu, qapaq aparatının düzgün işləmədiyini göstərir.
Aşağı ətrafların varikoz genişlənmiş damarlarının müayinəsi ağrılıdırmı?
Xeyr, Rəngli Doppler tamamilə ağrısız bir araşdırma üsuludur. Orta hesabla 15-20 dəqiqə müddətə çəkir. Varikoz xəstəliyinin qarşısını almaq üçün bu metoddan istifadə edərək damarların tədqiqini aparmaq hər altı aydan bir tövsiyyə olunur. Varikoz xəstəliyinin diaqnozu qoyulubsa, damarların vəziyyətinə nəzarət etmək üçün bu müayinədən daha tez-tez keçə bilərsiniz.
Rəngli Doppler yalnız diaqnostik məqsədlər üçün istifadə olunmur. Ultrasəsin köməyi ilə əməliyyat üçün hazırlıq edərkən ayaqların üzərində işarələr qoyulur. Bu işarələr əməliyyat zamanı cərrah-fleboloqu yönəltməyə imkan verir. Həmçinin, müalicənin bəzi üsulları da ultrasəsin iştirakını tələb edir. Məsələn, Exoskleroterapiya, Endovasal Lazer Ablasiyası ultrasəs nəzarəti altında həyata keçirilir.
Yazı ilə bağlı suallarınız var?
Bunları da bəyənə bilərsiniz
Damar xəstəliklərinin diaqnozu
Damar xəstəliklərinin diaqnozu Aşağı ətraf varis damarları üçün diaqnoz təyin edilməsi vaxtı…
Aşağı ətraf varikoz damarları
Aşağı ətraf varikoz damarları Aşağı ətraf varikoz genişlənmiş damarların xəstəliyi qədim dövrlərdən…
Varikoz damar nədir?
Varikoz damar Statistik məlumatlara əsasən, hər iki qadından biri və hər iki…