Kriolazer və KrioSklero (CLaCs)
Nisbətən son zamanlardan etibarən bütün dünyada olan həkim-fleboloqlar ən son metod olan Kriolazer və Kriosklero (CLaCs) metodundan istifadə edirlər. Bu üsullar necədir? Onun üstünlükləri nədir? Bu suallara cavab vermək üçün varikoz genişlənmiş damarların müalicəsi üçün yeni bir üsul inkişaf etdirilməsinin zəruriliyini anlamaq lazımdır. Bu günə qədər ən çox istifadə edilən müalicə Endovasal Lazer Ablasiyası və Skleroterapiya üsullarıdır. Bu üsullar həkimlər və pasiyentlər arasında çox məhşurdur.
Kriolazer və Kriosklero (CLaCs) üsullarının üstünlüyü nədədir?
Kriolazer və Kriosklero (CLaCs) üsulu ayaqlarda varikoz genişlənmiş damarları müalicə etmək üçün Endovasal Lazer Ablasiyası və Skleroterapiya üsulllarını birləşdirir. Bu müasir metodların birləşməsi müalicənin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış olur. Bu, standart Skleroterapiya prosedurunun yalnız kiçik diametrli damarlarda aparılması ilə bağlıdır. Əgər termal enerjinin (Lazer Ablasiyası ilə) köməyi ilə ilk dəfə damara təsir edilərsə, bu Skleroterapiya metodikasının əhatəsini genişləndirəcəkdir. Beləliklə, iki faktor (termal və kimyəvi) genişlənmiş damarlarda davamlı olaraq hərəkət edir.
Bu üsullar praktikada necə istifadə olunur?
Kriolazer və Kriosklero (CLaCs) proseduruna hazırlıq tam olaraq Endovasal Lazer Ablasiyası qədərdir. Prosedur zəruri analizlərin və instrumental tədqiqat metodlarının aparılmasını əhatə edir – EKQ və Rəngli Doppler. Daha sonra Veinviewer metodikasını istifadə edərək, həkim-fleboloq varikoz genişlənmiş damarların yerini müəyyənləşdirir. Veinviewer metodikası yalnız varikoz genişlənmiş damarları müalicə etmək üçün deyil, həmçinin bütün damar cərrahiyyəsində də istifadə olunur. Bundan əlavə, həkim-fleboloq Endovasal Lazer Ablasiyası üsulunu tətbiq edir. Termal enerjiyə məruz qaldıqdan dərhal sonra, sklerozant damar boşluğuna inyeksiya edilir. Sklerozant “yapışqan” prinsipi üzərində hərəkət edir. Bu kombinasiyalı hərəkətin nəticəsi olaraq, varikoz genişlənmiş damarlar azalır. Müalicə olunan damarlarda qan axını həyata keçirilmir.
Kriolazer və Kriosklero (CLaCs) prosedurunun digər bir xüsusiyyəti isə anesteziya üsuludur. Digər müalicələrdən fərqli olaraq, Kriolazer və Kriosklero (CLaCs) metodikası soyuq fəaliyyət göstərən anesteziya ilə müalicə olunur. Bu təsiri kriostatın işi sayəsində əldə edilir. Krio metodikasının qurğusuna görə həm lokal anasteziya olur, həm də damarların və kapilyarların spazmlarına da kömək edir. Bu çoxsaylı üstünlüklərin sayəsində, Kriolazer və Kriosklero (CLaCs) metodikası bugünkü dünyanın müxtəlif regionlarında həkim-fleboloqlar arasında böyük məşhurluq qazanmaqdadır.
Yazı ilə bağlı suallarınız var?
Bunları da bəyənə bilərsiniz
Aşağı ətraf genişlənmiş damarlarının müalicəsinə başlamaq üçün ən yaxşı zaman hansıdır?
Aşağı ətraf genişlənmiş damarlarının müalicəsinə başlamaq üçün ən yaxşı zaman hansıdır? Aşağı…
Aşağı ətraf varikoz damarlarının öyrənilməsi üçün instrumental üsullar
Aşağı ətraf varikoz damarlarının öyrənilməsi üçün instrumental üsullar Həkim fleboloq qəbulu zamanı…
Fleboloq kimdir?
Fleboloq qəbulunda olarkən Həkim-fleboloqun qəbulu digər ixtisas üzrə həkimlərin qəbulundan əhəmiyyətli dərəcədə…