skip to Main Content
Damarları Necə Gücləndirmək Olar?

Damarları necə gücləndirmək olar?

Damarları gücləndirmək yaşam keyfiyyətini artırmaq üçün önəmlidir. Məlum olduğu kimi, qan axını qan damarlarının köməyi ilə həyata keçirilir. Qan damarlarının sayəsində qan müxtəlif orqan və toxumalara gəlir. Ancaq əgər damarlar elastikliyini itirərlərsə, bu, müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər. Məsələn, arteriyaların patologiyasında (ürəkdən toxumalara gedən damarlarda) orqan və toxumaların qidalanması pozulur. Venoz damarların patologiyası zamanı isə (bu damarlar vasitəsilə, qan toxumalardan ürəyə axır) ilə qanın yuxarı axını çətinləşir və buna görə də qan dövranı pozulur. Bu səbəbdən də, damar sisteminin sağlamlığına diqqət etmək çox vacibdir. Ancaq təəssüf ki, bir çox insanlar damar və arteriya divarlarının vəziyyətinə çox mənfi təsir göstərən bir həyat tərzi keçirirlər.

Varikoz xəstəliyini yaradan risk faktorları

Məsələn, səhər yuxudan oyandıqdan sonra insanların əksəriyyəti səhər yeməyi əvəzinə, qəhvə və siqaret çəkməyi üstün tuturlar. Bir fincan qəhvə içdikdən sonra, bir çox insanlar, hımçinin siqaretdən də istifadə edirlər. Başqa bir səbəblə isə ofis işi, uzun oturma mövqeyi olan insanlar nəzərdə tutulur. Mühafizəçi, müəllim, satış məsləhətçisi kimi peşələrdə olan insanlar uzun müddət ayaqüstü vəziyyətdə dayanmaq məcburiyyətində qalırlar. Bütün bunlar insanın damar sistemi üzərində həddindən artıq stress yaradır. Damar tonusu azalır və nəticədə damarlar varikoz xəstəliyinə məruz qalır. Xüsusilə bu proseslər aşağı ətrafların damarlarına daha çox təsir edir.

Damarları gücləndirmək üçün idman və düzgün qida rejimi əsas amillərdəndir.

Aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafının qarşısını almaq üçün pis vərdişləri dəyişmək lazımdır. Səhər yuxudan oyandıqdan sonra günə gimnastika ilə başlamaq yaxşıdır. Bu, bütün gün üçün güc verməklə yanaşı, damarların sağlamlığına böyük təsir göstərə bilər. Bir fincan qəhvə və siqaret çəkmək yerinə həkimlər səhər yeməyi məsləhət edirlər. Səhər yeməyi faydalı məhsullardan (müxtəlif taxıl, süd, pendir və bal kimi) ibarət olmalıdır. Gün ərzində çoxlu C vitamini olan qidaları yemək tövsiyə olunur. C vitamini qan damarlarını gücləndirir, damar tonusuna müsbət təsir göstərir. Buna görə də bədənin qan dövranı yaxşılaşır. Vitamin C qarağat və sitrus meyvələrində böyük miqdarda vardır. Damar divarını gücləndirmək üçün vitamin preparatlarından da istifadə edilə bilər. Vitaminlərin dozası və qəbulun tezliyi həkim tərəfindən təyin edilərsə, daha yaxşı olar.

İş yerində mümkün olduqca, aşağı ətraflarda qan axınını yaxşılaşdırmaq üçün sadə bir gimnastik hərəkətlər həyata keçirilməlidir. Bu hərəkətlər iş yerində oturaq vəziyyətdə və ya fasilə zamanı edilə bilər. Bu hərəkətlər günün sonuna qədər ayaqların şişməsini azaltmağa kömək edə bilər.

Yazı ilə bağlı suallarınız var?

Suallarınızı həkimlərimizə göndərin

Bunları da bəyənə bilərsiniz

Məsləhətlər

Aşağı ətraf genişlənmiş damarlarının müalicəsinə başlamaq üçün ən yaxşı zaman hansıdır?

Aşağı ətraf genişlənmiş damarlarının müalicəsinə başlamaq üçün ən yaxşı zaman hansıdır? Aşağı…

DAVAMI
Back To Top