skip to Main Content
Aşağı ətrafların Varikoz Genişlənmiş Damarlarının Qarşısının Alınması

Aşağı ətrafların varikoz genişlənmiş damarlarının qarşısının alınması

Ayaqların varikoz genişlənmiş damarlarının qarşısını almaq üçün kimlər göstərişdir?

Varikoz genişlənmiş damarların inkişafının qarşısının alınması istisnasız bütün insanlar üçün vacibdir. Lakin aşağıda göstərilən əhalinin bir neçə qrupu üçün profilaktik tədbirlərin görülməsi xüsusilə vacibdir:

  • Genetik meyilli insanlar;
  • Qadınlar (qadın cinsi aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişaf riski altındadır). Hamiləlik dövründə ayaqların sağlamlığına xüsusi diqqət yetirmək önəmlidir. Hündürdabanlı ayaqqabılara üstünlük verən qadınlarda da başqalarına nisbətən varikozun inkişaf riski daha çoxdur;
  • Uzun müddət oturma və ya ayaqüstü vəziyyətdə zaman keçirməyə məcbur olan peşə nümayəndələri;
  • Artıq çəkisi olan insanlar.

Varikoz xəstəliyi üçün hansı qidalar xeyirlidir?

Varikoz genişlənmiş damarların qarşısının alınması üçün həyat tərzində dəyişiklik etmək vacibdir. Məsələn, həddindən çox artıq çəkisi olan insanlar qida rejimlərinə yenidən nəzər yetirməlidirlər. Pəhrizdən un və yağ məhsullarını çıxarmaq, əvəzinə isə tərkibində vitamin və qida elementləri bol olan pəhriz məhsullarını əlavə etmək məsləhət görülür. Aşağı ətrafların varikoz genişlənmiş damarları üçün optimal pəhriz tərəvəz və meyvələrin, dəniz məhsulları və balıqların, eləcə də ət məhsullarının yetərincə qidalanmada qəbul edilməsidir.

Passiv həyat təzindən qurtulmaq mütləqdir.

Passiv həyat tərzinə sahib olan insanlar, gündüz rejiminə gimnastik idman hərəkətləri əlavə etməlidirlər. Hamiləlik dövründə xüsusi gimnastik hərəkətlərin edilməsi tövsiyyə edilir. Aşağı ətrafların qan dövranını yaxşılaşdırılmağa yönəlmiş müxtəlif sadə hərəkətləri etmək lazımdır. Oturma və ya ayaqüstü vəziyyətdə çalışan insanlar ayaqlarının qalxmış bir vəziyyətdə olmasını tez-tez təmin etməlidirlər. Bunun üçün hamilə qadınlar xüsusi yastıqlardan istifadə edə bilərlər.

Həkim-fleboloq antivarikoz corablardan istifadə etməyi tövsiyə edə bilər. Bu tövsiyəyə laqeyd yanaşmamaq lazımdır. Sıxılma trikotajları varikoz genişlənmiş damarların qarşısının alınmasında böyük rol oynayır. Bu qayda xüsusilə hamilə qadınlara aiddir. Bununla belə, doğuşdan sonra damarların vəziyyəti yaxşılaşa və şikayətlər azala bilər. Bunun əsas səbəbləri damarlara düşən yükün azalması ilə əlaqədardır.

Qadınlar varikoz xəstəliyi üçün risk faktorudurlar.

Qadınlarda varikoz xəstəliyi kişilərə nisbətən daha çox rast gəlinir. Buna görə də xanımlara varikozu inkişaf etdirəcək amillərdən qaçınmaq məsləhət görülür. Məsələn, hündürdabanlı və sıx ayaqqabılardan, narahat və dar paltarlardan imtina etmək tövsiyyə olunur. Dar geyim aşağı ətrafların varikoz genişlənmiş damarlarında qan dövranının pozulmasına səbəb olur. Aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafı üçün birbaşa yol hündürdabanlı ayaqqabılar və narahat paltarlar hesab edilə bilər.

Yazı ilə bağlı suallarınız var?

Suallarınızı həkimlərimizə göndərin

Bunları da bəyənə bilərsiniz

Məsləhətlər

Aşağı ətraf genişlənmiş damarlarının müalicəsinə başlamaq üçün ən yaxşı zaman hansıdır?

Aşağı ətraf genişlənmiş damarlarının müalicəsinə başlamaq üçün ən yaxşı zaman hansıdır? Aşağı…

DAVAMI
Back To Top